Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində tikilən taxtadan ibarət tikililər 12 m² sahədə, 1 ədəd paltaryuyan maşın və dəhlizdən keçən 6 p. m elektrik naqili yanıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.